Şəkiliyevlə yanaşı bu məmurlar da saxlanılıb - Adlar - YENİLƏNİB

18:49

Şəkiliyevlə yanaşı bu məmurlar da saxlanılıb - Adlar - YENİLƏNİB
18:49

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində ümumilikdə 9 nəfər saxlanılıb.

meqale.com xəbər verir ki, bu barədə Teleqraf məlumat yayıb.

Bildirilib ki, icra başçısı Musa Şəkiliyevlə yanaşı, onun birinci müavini Elbrus Tağıyev, İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov, Qax Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanov da saxlanılanlar arasındadır.

Onlar rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və aşmada ittiham olunurlar.

-------------- 15:38 Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham olunduğu məlum olub.

meqale.com report-a istinadən xəbər verir ki, onlar rüşvət almaqda, mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinirlər.

-------

15:19

Dövlət Təhlükəsizliyi Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.

Trend-in əldə etdiyi məlumata görə, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.

Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunub.