Sel qurbanlarının sayı 42 nəfərə çatdı - 142 nəfər itkin düşüb

Hindistanın şimalındakı Sikkim ştatında leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində insan tələfatı artıb.

Sel qurbanlarının sayı 42 nəfərə çatdı - 142 nəfər itkin düşüb
Hindistanın şimalındakı Sikkim ştatında leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində insan tələfatı artıb.

meqale.com report-a istinadən xəbər verir ki, hökumət rəsmilərinin açıqlamasına görə, Sikkimdə 20, Qərbi Benqal ştatında isə 22 meyiti aşkarlayıblar. Bununla da təbii fəlakət qurbanlarının sayı 42 nəfərə çatıb.

Hava şəraitinin yaxşılaşması ilə əlaqədar itkin düşmüş 142 nəfərin, o cümlədən 15 hərbçinin intensiv axtarışları davam etdirilir.