Şəmkirdə 10 yaşlı uşağı traktor vuraraq öldürüb
Şəmkirdə 10 yaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
meqale.com report.az-a istinadən xəbər verir ki, hadisə rayonun Keçili kəndində qeydə alınıb.
Kənd sakini, 2014-ci il təvəllüdlü Rəvan Əsgərovu traktor vurub. O, aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.