Şəmkirdə avtomobil aşıb, xəsarət alanlar var
Şəmkir-Gədəbəy avtomobil yolunda avtomobil aşıb, xəsarət alanlar var.
meqale.com report.az-a istinadən xəbər verir ki, hadisə avtomobil yolunun Şəmkir rayon Çənlibel ərazisində qeydə alınıb.
Belə ki, "VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, 2000-ci il təvəllüdlü Ə.Həsənov və avtomobildə olan daha bir nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.