Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi dayandırıldı

Şəmkirdə 5 hektardan çox ərazidə yanğın olub.

Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi dayandırıldı
Şəmkirdə 5 hektardan çox ərazidə yanğın olub.

meqale.com "Report"a istinadən məlumat verir ki, Şəmkir rayon Kür qəsəbəsi ərazisində 5 hektardan çox qamışlıq, kol-kos və ağacların olduğu ərazidə yanğın olub.

Əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

İki istiqamətdə başlayan yanğının 1 hektardan çox ərazisində alovun qarşısı alınıb. Digər istiqamətdə yanğının söndürülməsi istiqamətdə işlər davam etdirilir.