Şəmkirli bacılardan imtahanda möhtəşəm nəticə

Məlum olduğu kimi, martın 2-də keçirilmiş buraxılış imtahanında 23 abituriyent 300 bal toplayıb.

Şəmkirli bacılardan imtahanda möhtəşəm nəticə
Məlum olduğu kimi, martın 2-də keçirilmiş buraxılış imtahanında 23 abituriyent 300 bal toplayıb.

meqale.com "Azərbaycan Universitetləri" səhifəsinə istinadən xəbər verir ki, maksimal bal toplayanlardan biri də Şəmkir rayonu Kür qəsəbəsi H.Z.Tağıyev adına tam orta məktəbin şagirdi Nəzrin Məmmədovadır. O, imtahanda maksimum - 300 bal toplayıb.

Nəzrin 5 yaşında məktəbə gedib, xüsusi biliyi ilə seçilib.

Onun bacısı Nuray Məmmədova isə 247 bal toplayaraq təhsil aldığı məktəbin üçüncüsü olub.