Seneqalın keçmiş baş naziri Fransada öldü

Seneqalın keçmiş baş naziri Məhəmməd Bun Abdallah Dion Fransada 65 yaşında xəstəlikdən dünyasını dəyişib.

Seneqalın keçmiş baş naziri Fransada öldü
Seneqalın keçmiş baş naziri Məhəmməd Bun Abdallah Dion Fransada 65 yaşında xəstəlikdən dünyasını dəyişib.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə Seneqalın Xəbər Agentliyi məlumat yayıb.

Dion martın 24-dəki seçkilərdə Seneqal prezidentliyinə 19 namizəddən biri olub. Seçki kampaniyası zamanı səhhətində problemlər yaranan siyasətçi müalicə üçün Fransaya gedib.

O, 2014-cü ilin iyulundan 2019-cu ilin mayına qədər hökumətə rəhbərlik edib.