“Səni axtarıram”a çıxan ailə məhkəməlik oldu - FOTO

2019-cu ildə Abşeron rayonu Mehdiabad qəsəbəsində yaşadığı binadan müəmmalı şəkildə yıxılaraq ölən 2004-cü il təvəllüdlü Kənan Musayevin ailə üzvləri məhkəmə qarşısına çıxarılıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, K.Musayevin atasının xalası Məlahət Xudiyeva mərhum qohumunun ailə üzvlərinin onu "uşaq qatili", "qətlin sifarişçisi" kimi təqdim etməsi səbəbindən xüsusi ittiham qaydasında Səbail Rayon Məhkəməsinə müraciət edib. O, Kənanın atası Elşən Musayevin, yeniyetmənin anasının və daha 2 ailə üzvünün Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə cəzalandırılmasını tələb edib.

Bildirilib ki, mərhumun ailə üzvləri Kənanın atası Elşənin xalası Məlahət Xudiyevanın sifarişi və təşkilatçılığı ilə öldürülməsini iddia edib. Onlar ARB telekanalında həftəarası hər gün efirə gedən "Səni Axtarıram" verilişində 2022-ci ilin fevral ayından iyul ayınadək olan müddətdə efirə gedən verilişləri zamanı müəmmalı hadisə barədə müxtəlif iddialar səsləndiriblər.

M.Xudiyeva isə bildirib ki, bacısının nəvəsini öldürmək kimi bir niyyəti olmayıb və Kənan yıxılandan sonra onu xəstəxanaya aparmaqda kömək edib. O, barəsindəki iddiaların böhtan olduğunu deyib.