“Sənsiz dənizdə səmtini itirəcək gəmi kimiyəm”

Müğənni Sevda Yahyayevanın ad günüdür.

“Sənsiz dənizdə səmtini itirəcək gəmi kimiyəm”
Müğənni Sevda Yahyayevanın ad günüdür.

meqale.com xəbər verir ki, həkim həyat yoldaşı Zakir Bayramov bununla bağlı paylaşım edib:

"Həyatımın "Güclü qadını" - indiyə qədər bu titulu əksər insanların həyatında olduğu kimi, mənim də həyatımda anam daşıyırdı. Amma sən həyatıma daxil olduqdan sonra anladım ki, yalnız anam yox, belə insan həm də sənsən. Sevda, nə yaxşı ki, uşaqlarımın anası sənsən. Nə yaxşı ki, onlara insanlığı və qadınlığı həyat yolunda öyrədən örnək sən olacaqsan. Mən sənsiz sonsuz dənizdə səmtini itirəcək bir gəmi kimiyəm, sənsə daim yanan mayakım. Olmadığın hər bir anımda darıxdığım və gülüşünə ehtiyac duyduğum varlığımsan. Səni sevirəm. Ad günün mübarək, əzizim".

Qeyd edək ki, cütlüyün iki qız övladı var.