Sabirabadda avtomobil kanala aşdı - sürücü öldü

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabirabadda avtomobil kanala aşdı - sürücü öldü
Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com-ın məlumatına görə, hadisə rayonun Əsədli kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Araz Adil oğlunun idarə etdiyi QAZ-31 markalı avtomobil kanala aşıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.