Sentyabrdan məktəblərdə onların istifadəsi dayandırıla bilər

"Hazırda ilkin olaraq Bakı şəhəri üzrə təxminən 350-yə yaxın təhsil müəssisəsində rəqəmsal məktəb platforması tətbiq edilir".

Sentyabrdan məktəblərdə onların istifadəsi dayandırıla bilər
"Hazırda ilkin olaraq Bakı şəhəri üzrə təxminən 350-yə yaxın təhsil müəssisəsində rəqəmsal məktəb platforması tətbiq edilir".

meqale.com xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova deyib.

O bildirib ki, layihəyə pilot rejimində Bakı şəhərində başlanılsa da, sentyabr ayından region məktəblərində də tətbiq edilməsi hədəflənib.

"Bunu tətbiq etmək üçün təhsil müəssisələrində müvafiq infrastrukturun olması labüddür, çünki platforma onlayn rejimdə fəaliyyət göstərir", - deyə o qeyd edir.

F.Nəcəfova deyib ki, rəqəmsallaşmanın məqsədi kağız vasitələrindən istifadənin azaldılması və şəffaflığın artırılmasıdır: