Serenay Sarıkayanın 425 minlik kürkü
"ELLE Style Awards 2026" gecəsində qırmızı xalıda ən çox diqqət çəkən başdan-ayağa qırmızı rəngdə olan Serenay Sarıkaya olub. Aktrisanın geyindiyi kürkün qiyməti ilə bağlı yayılan iddialar sosial mediada böyük səs-küyə səbəb oldu.
meqale.com xəbər verir ki, Serenay Sarıkayanın üzərindəki kürkün qiymətinin 10 milyon 750 min TL (təxminən 250 min dollar) olduğu xəbəri yayılıb.
Çox keçmədən kürkün əsl qiyməti bəlli olub. Məlum olub ki, kürk dünyaca məşhur "Blumarine" brendinə məxsusdur və satış qiyməti iddia edildiyi kimi milyonlar deyil, təxminən 3 294 dollar (142 min TL) civarındadır.