Goranboyda maşın aşdı - 3 nəfər xəsarət aldı

Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Goranboyda maşın aşdı - 3 nəfər xəsarət aldı
Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com xəbər verir ki, hadisə rayonun Börü kəndində gedən yolda qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı 3 nəfər 1998-ci il təvəllüdlü F.Əliyev,1971-ci il təvəllüdlü T.Əliyeva və 1989-cu il təvəllüdlü S.Şadmanova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.