Sərnişin avtobusu yanıb
Ağsu rayonunun Pirhəsənli kəndində "Mercedes" markalı sərnişin avtobusunun mühərrik hissəsi və salonu yanıb.
Fövqəladə Hallar Nazirliyindən meqale.com-a bildirilib ki, avtobusun qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.