Sərnişin təyyarəsi çərpələnglə toqquşdu
Birləşmiş Hava Yollarına məxsus təyyarə Vaşinqtonda eniş edərkən çərpələng ilə toqquşub.

Bu barədə CBS News məlumat yayıb.
Pilotların sözlərinə görə, çərpələng uçuş-enmə zolağının yanında yerləşən parkın üzərindən buraxılıb. Təcili vəziyyətə baxmayaraq 126 sərnişini olan təyyarə uğurla eniş edib.