Səs-küylü görüşü araşdırmaq üçün komissiya yaradıldı

Dünya Güləş Birliyi (UWW) Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin 74 kq-da Turan Bayramov - Frank Çamizo (İtaliya) görüşünü araşdırmaq üçün işləri davam etdirir. "Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər" - VİDEO Güləş Federasiyası italiyalı sərbəst güləşçi Frank Çamizonun iddaları ilə bağlı bəyanat yayıb 

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bunun üçün 2 - müstəqil və ayrı komissiya yaradılıb.

Onlar şəffaf şəkildə hakimlərin işini və görüşün analizini aparacaqlar. Hər komissiya 3 nəfərdən, müvafiq olaraq hakimlər komissiyasının sədri, hakimlik və beynəlxalq güləş qaydaları üzrə təcrübəsi olan 2 ekspert, 3 büro üzvündən ibarət olacaq.

Bundan əlavə, UWW İntizam Palatasının sədri korrupsiya cəhdi və güləşin bütövlüyünün pozulması iddiaları ilə bağlı davam edən araşdırmanın nəticələrini nəzərdən keçirmək üçün 3 nəfərdən ibarət komissiya təyin edəcək. Bu halda görüləcək intizam tənbehi bu komissiyanın qərarı əsasında veriləcək.