"Səssiz ölüm" can almağa davam edir - Qarşısını necə almaq olar?
"Dəm qazı rəngsiz, qoxusuz olduğuna görə insan instinkti ilə bunu müəyyən etmək mümkün deyil. Buna görə də bəzən dəm qazına "səssiz ölüm" deyirlər".
meqale.com xəbər verir ki, bunu Baku TV-nin "Salam Baku" verilişində təhlükəsizlik eksperti Orxan Musayev bildirib.
Ekspert deyir ki, öncədən bir sıra təhlükəsizlik qaydaları və tədbirlər görməklə dəm qazı nəticəsində zəhərlənmə hallarının qarşısını almaq mümkündür.