Səudiyyə Ərəbistanı “Sülh sammiti”ndə iştirak etməyəcək

Səudiyyə Ərəbistanı İsveçrədə Ukrayna üzrə keçiriləcək "Sülh sammiti"ndə iştirak etmək niyyətində deyil.

Səudiyyə Ərəbistanı “Sülh sammiti”ndə iştirak etməyəcək
Səudiyyə Ərəbistanı İsveçrədə Ukrayna üzrə keçiriləcək "Sülh sammiti"ndə iştirak etmək niyyətində deyil.

meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi Ər-Riyaddakı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, iyunun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski 15-16 iyunda İsveçrədə keçiriləcək qarşıdakı görüşdə dəstək almaq niyyəti ilə Səudiyyə Ərəbistanına səfər etmək istəyib.

Lakin indi onun Səudiyyə Ərəbistanına səfəri təxirə salınıb və yalnız konfransdan sonra baş tuta bilər. Ər-Riyad hələlik bu məlumata münasibət bildirməyib.

Qeyd edək ki, Ukrayna üzrə Sülh Sammiti iyunun 15-dən 16-dək İsveçrədə keçiriləcək. Ümumilikdə Ukrayna və İsveçrə tədbirə 150-dən çox ölkə dəvət edilsə də, Rusiya dəvət almayıb.