Səudiyyə Rəfaha görə BMT TŞ-nin iclasını tələb etdi
Səudiyyə Ərəbistanı Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində mümkün hərbi əməliyyatlarla əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda humanitar fəlakətin yaranmasının qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasının təcili çağırılmasının vacibliyi qeyd olunub.