“Sevilya”da vida

"Sevilya"nın baş məşqçisi Kike Sançes Flores mövsümün sonunda postunu tərk edəcək.

“Sevilya”da vida
"Sevilya"nın baş məşqçisi Kike Sançes Flores mövsümün sonunda postunu tərk edəcək.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.

59 yaşlı ispaniyalı ötən ilin dekabrından bu postu tutur. Onun rəhbərliyi altında 23 matça çıxan komanda 11 qələbə qazanıb, 4 heş-heçə edib və 8 dəfə uduzub.