Seysmoloqdan İstanbulla bağlı ZƏLZƏLƏ XƏBƏRDARLIĞI: "7,6 bal gücündə..."
İstanbulda 7,6 bal gücündə zəlzələ ola bilər.
meqale.com Sfera.az-a istinadən xəbər verir ki, bu barədə türkiyəli seysmoloq Naci Görür proqnoz verib.
Mütəxəssis fikirlərini bu cür ifadə edib:
"Biz İstanbulda 7,2, maksimum 7,6 bal gücündə zəlzələ gözləyirik. Bu zəlzələlərdən biri Adalar qırağında, digəri isə buraya birləşən Kumburqaz kənarında ola bilər. Bu qırılmaların hər ikisi birlikdə "parçalansa", zəlzələ 7,5 bal gücünə çata bilər, lakin Kumburqaz qırılması 7,2 bal gücündə zəlzələlərə səbəb ola bilər".
Naci Görür Kahramanmaraşda dağıdıcı zəlzələlər ola biləcəyi barədə xəbərdarlıq edərkən reaksiya verilməməsindən şikayətlənib:
"Kahramanmaraşdakı zəlzələ ilə bağlı bağırdıq, səsləndik, amma heç kim qulaq asmadı".