“Shell” 2030-cu ilə qədər hər il LNG-nin istehsalını 4-5 % artırmaq istəyir

“Shell” şirkəti mayeləşdirilmiş təbii qaz (LNG) bazarında öz mövqeyini gücləndirməyi və 2030-cu ilə qədər LNG-nin istehsalını hər il 4-5 % artırmağı planlaşdırır.

“Shell” 2030-cu ilə qədər hər il LNG-nin istehsalını 4-5 % artırmaq istəyir

"Şirkət 2030-cu ilə qədər satışları ildə 4-5 % artırmaqla mayeləşdirilmiş təbii qaz bazarında lider mövqeyini gücləndirəcək", - məlumatda qeyd edilib.

“Shell” həmçinin 2030-cu ilə qədər olan dövrdə “Upstream” və “Integrated Gas” seqmentlərində hasilatı ildə 1 % artırmağı, maye karbohidrogenlərin hasilatını gündəlik 1,4 milyon barel səviyyəsində saxlamağı planlaşdırır.

Bundan əlavə, “Shell” 2022-ci illə müqayisədə 2028-ci ilin sonuna qədər xərcləri struktur olaraq 5-7 milyard ABŞ dolları azaltmağa çalışacaq. Daha əvvəl şirkət 2025-ci ilin sonuna qədər azalmanı 2-3 milyard ABŞ dolları məbləğində nəzərdə tuturdu.

“Shell”in 2025-2028-ci illər üçün kapital xərcləri ildə 20-22 milyar ABŞ dollarına qədər azalacaq. 2030-cu ilə qədər olan dövrdə səhm başına sərbəst pul axınının ildə 10 %-dən çox artırılması planlaşdırılır.

"Biz qaz hasilatı və LNG istehsalı istiqamətində dünyanın aparıcı müəssisəsi olmaq istəyirik", - şirkətin rəhbəri Vael Savan bildirib.