Silahlılar 36 miqrantı qaçırdılar

Meksikanın Tamaulipas ştatında silahlı şəxslər avtobusu saxlayıb.

Silahlılar 36 miqrantı qaçırdılar
Meksikanın Tamaulipas ştatında silahlı şəxslər avtobusu saxlayıb.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə əyalətin İctimai Təhlükəsizlik Katibliyi məlumat yayıb.

Silahlı şəxslər 40 miqrantı avtobusdan zorla düşürdüb.

Onlardan 36-sı qaçırılıb.

Tamaulipas təhlükəsizlik qüvvələri miqrantların tapılması üçün genişmiqyaslı əməliyyata başlayıb.