Şimal bölgəsinin ən yaşlı sakini vəfat etdi

Azərbaycanın şimal bölgəsinin ən yaşlı sakini dünyasını dəyişib.

Şimal bölgəsinin ən yaşlı sakini vəfat etdi
Azərbaycanın şimal bölgəsinin ən yaşlı sakini dünyasını dəyişib.

meqale.com Trend-ə istinadən bildirir ki, Siyəzən rayonunda yaşayan Əmrah Məmmədov 102 yaşında vəfat edib.

Məmmədov Əmrah Hacəli oğlu 1921-ci il yanvarın 20-də rayonun Böyük Həmyə kəndində anadan olub. İkinci Dünya müharibəsində iştirak edən Ə.Məmmədov Azərbaycanla yanaşı, Rusiya və Ukrayna hökumətləri tərəfindən də faşizm üzərində qələbənin yubiley medalları ilə təltif olunub.

1947-ci ildə ailə həyatı quran Əmrah Məmmədovun 8 övladı, 34 nəvəsi, 60-a yaxın nəticəsi və 10-a yaxın kötücəsi olub.