Şirvanda ağır qəza - sürücü öldü - Yenilənib - FOTO
00:37 Şirvanda 2000-ci il təvəllüdlü Novruzlu Vüqar Eldar oğlunun idarə etdiyi VAZ 2106 markalı avtomobil sürətlə fərdi yaşayış evinin hasarına çırpılıb.
Sürücü ağır vəziyyətdə kəllə-beyin travması ilə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. /APA
------------ 00:15 Şirvanda baş verən qəzada sürücü ağır yaralanıb.
meqale.com-ın məlumatına görə, hadisə Şirvan şəhəri Mahir Aydınov küçəsində baş verib.
Şirvan sakini, 2000-ci il təvəllüdlü Novruzlu Vüqar Eldar oğlunun idarə etdiyi VAZ 2106 markalı avtomobil sürətlə fərdi yaşayış evinin hasarına çırpılıb.
Sürücü ağır vəziyyətdə kəllə-beyin travması ilə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasia şöbəsinə yerləşdirlib.