Ardanın maaşı müzakirələrə səbəb oldu - FOTO
"Real Madrid"in formasını geyinən milli futbolçu Arda Gülərin illik 5,2 milyon avroluq ümumi maaşı İspaniya mətbuatında geniş müzakirələrə səbəb olub.
meqale.com xəbər verir ki, İspaniyanın "El Plural" nəşrinin yazdığına görə, Arda Gülərin qazancı hələ tam olaraq özünü sübut etmə mərhələsində olan bir futbolçu üçün "yüksək" hesab olunur. Məqalədə bu maaşın "Real Madrid"in gənc oyunçulara yanaşmasının göstəricisi olduğu vurğulanır.
Qeyd olunur ki, maaş fərqi iki klubun fərqli əmək haqqı siyasətindən qaynaqlanır. "Real Madrid" gənc oyunçulara erkən mərhələdən etibarən yüksək maaşlar verərək onları uzunmüddətli investisiya kimi dəyərləndirir. Bu yanaşmaya marketinq, beynəlxalq tanıtım və gələcək transfer potensialı da daxildir.
"Barselona" isə maliyyə məhdudiyyətlərinə görə, xüsusilə" La Masia "akademiyasından çıxan futbolçular üçün daha təvazökar maaş siyasəti tətbiq edir.
Bu mövsüm Fermin Lopez "Barselona" forması ilə 18 oyunda 7 qol vurub, 4 məhsuldar ötürmə edib. Onun bazar dəyəri 70 milyon avro olaraq qiymətləndirilir.
Arda Gülər isə "Real Madrid"in heyətində 31 oyunda 4 qol və 9 assistlə yadda qalıb. 20 yaşlı milli futbolçunun bazar dəyəri isə təxminən 90 milyon avrodur.
Mütəxəssislər maaş və bazar dəyəri arasındakı fərqin gələcək mövsümlərdə futbolçuların performansına uyğun olaraq yenidən formalaşa biləcəyini bildirirlər.