Skripkaçı Ramin qazaxıstanlı xanımı ilə efirə çıxdı – VİDEO
Məşhur skripka ifaçısı Ramin Həsənov Aliyə adlı qazaxıstanlı xanımla ailə qurub.
meqale.com bizim.media-ya istinadən bildirir ki, sənətçi ilk dəfə həyat yoldaşı ilə "Elgizlə izlə" verilişinə gəlib.
Ramin xanımı ilə necə tanış olmasından söz açıb: "Bir neçə il əvvəl mən Qazaxıstana gedəsi oldum. Orada təxminən 1 il yaşadım. Bir restoran var idi, orada çalışırdım. Həmin gün isə bir şəxsin doğum günü məclisi keçirilirdi. Aliyə xanım isə ailəsi ilə birgə ora gəlmişdi. Bizim isti ünsiyyətimiz yarandı və beləcə biz yaxından tanış olduq". Aliyə xanım isə Azərbaycana, Bakıya aşiq olduğunu dilə gətirib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun