Sonuncu dəfə 67 il əvvəl məzuniyyətə çıxan barista: 100 yaşı var

İtaliyada 100 yaşlı barista istirahət günləri olmadan hər gün işləyir, onun sonuncu məzuniyyəti isə 67 il əvvəl olub.

Sonuncu dəfə 67 il əvvəl məzuniyyətə çıxan barista: 100 yaşı var
İtaliyada 100 yaşlı barista istirahət günləri olmadan hər gün işləyir, onun sonuncu məzuniyyəti isə 67 il əvvəl olub.

meqale.com bildirir ki,  bu barədə "The Guardian" xəbər verir.

Söhbət "Bar Centrale" barının sahibi Anna Possidən gedir. O, ölkəsində bu peşənin ən yaşlı qadın nümayəndisidir.

Barista, yaşına baxmayaraq, hər gün müştərilərə qəhvə verir və onlarla söhbət edir.