“Sosial Mediada “Fake Off”: media bacarıqlarının inkişaf etdirilməsi” adlı layihəsinə start verildi

Sosial Mediada "Fake Off": media bacarıqlarının inkişaf etdirilməsi" adlı layihənin açılış tədbiri keçirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "kiçik qrant layihəsi" çərçivəsində elan etdiyi xüsusi müsabiqənin qalibi olan İnnovativ təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirə sosial media üzrə ekspertlər, bloger, aktivist və ictimai fəalları iştirak edib.

meqale.com AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə çıxış edən İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin həmtəsisçisi Abbas Pənahov iştirakçılara layihə haqqında Sosial media "Fake" xəbərlərlə mübarizə haqqında qısa məlumat verib.

Sonra çıxış edən bloger, sosial media üzrə ekspert Adnan Hüseyn saxta xəbər, misinformasiya, dezinformasiya və onlarla mübarizə metodları haqqında təlim keçib.