Sosial yardım adı altında dələduzluq!
"Feysbuk sosial şəbəkəsində "Azərbaycan Sosial Yardım 2025" adlı saxta profil altında guya 3399 manat ünvanlı sosial yardım almağa kömək göstərən, əslində isə dələduzluq yolu ilə insanları aldadaraq vəsaitlərini ələ keçirmək məqsədi daşıyan səhifə təqdim edilir".
meqale.com xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, daha sonra istifadəçiyə sosial yardım əldə etmək üçün ərizə ilə qeydiyyatdan keçmək təklif olunur:
"Vətəndaşları diqqətli olmağa və həmin saxta profilli səhifəyə inanmamağa, yalan, şirnikləndirici vədlərə aldanaraq fərdi məlumatları barədə dələduzlara məlumat verməməyə çağırırıq.