Stoltenberq ABŞ-ın bu qərarını alqışladı
ABŞ Nümayəndələr Palatasının Ukraynaya böyük yeni yardım paketini təsdiq etməsini alqışlayıram.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq X hesabında bildirib.
"Ukrayna NATO müttəfiqləri tərəfindən verilən silahlardan Rusiyanın döyüş imkanlarını məhv etmək üçün istifadə edir. Bu, bizi Avropa və Şimali Amerikada daha təhlükəsiz edir", - katib bildirib.