Su niyə rejimlə verilir? - Sədr AÇIQLADI
"Hazırda Bakı və Abşeron yarımadasında əhalinin təxminən 80 faizi fasiləsiz, yəni 24 saat ərzində su ilə təmin olunur".
meqale.com xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov "Baku Water Week" çərçivəsində keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Abşeron yarımadasının bəzi yerlərində, eləcə də Bakının müəyyən rayonlarında su çatdırılmasında hələ də rejim tətbiq olunur: