"Sumqayıt"ın rəqibindən 5 qollu qələbə

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt"ın rəqibi olan "Fehervar" yoxlama oyununda qüvvəsini sınayıb. 

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt"ın rəqibi olan "Fehervar" yoxlama oyununda qüvvəsini sınayıb. 

meqale.com xəbər verir ki, Macarıstan təmsilçisi Bolqarıstanın "Hebar" klubu ilə qarşılaşıb. 

Görüş "Fehervar"ın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Sumqayıt"ın bu rəqiblə ilk matçı iyulun 25-də evdə, cavab qarşılaşması iyulun 31-də Macarıstanda baş tutacaq.