Sumqayıtda 15 yaşlı oğlan qripdən öldü - YENİLƏNİB

TƏBİB Sumqayıtda yeniyetmənin qripdən ölməsi məsələsinə münasibət bildirib.

Sumqayıtda 15 yaşlı oğlan qripdən öldü - YENİLƏNİB
TƏBİB Sumqayıtda yeniyetmənin qripdən ölməsi məsələsinə münasibət bildirib.

Bildirilib ki, 14.10.2023-cü tarixində saat 12:35 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub:

"Təcili tibbi yardım briqadaları dərhal çağırış ünvanına yollanıb. 2008-ci il təvəllüdlü vətəndaşın həkiməqədər ölümü qeydə alınıb".

Qeyd edək ki, Sumqayıt şəhəri, Yaşıldərə qəsəbəsində yaşayan 2008-ci il təvəllüdlü Sadıqov İlqar Elyar oğlu bu gün səhər saatlarında qəfil dünyasını dəyişib.

Yaxınlarının APA-ya açıqlamasına görə, onun qripdən öldüyü ehtimal edilir. Belə ki, İlqar Sadıqov ötən gün qrip olub. Bu gün səhər saatlarında o yaşadığı evdə qəfil dünyasını dəyişib.

--------

18:01

Sumqayıtda qripə yoluxan 16 yaşlı yeniyetmə ölüb. 

meqale.com news24.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Sumqayıt şəhəri, Yaşıldərə qəsəbəsində yaşayan 2008-ci il təvəllüdlü Sadıqov İlqar Elyar oğlu bu gün səhər saatlarında qəfil dünyasını dəyişib. 

Məlumata görə, İ. Sadıqov dünən qripə yoluxub. Bu gün səhər saatlarında o yaşadığı evdə qəfil dünyasını dəyişib.