Sumqayıtda ərini bıçaqlayan 24 yaşlı qadın saxlanıldı - YENİLƏNİB

10:16

Sumqayıtda ərini bıçaqlayan 24 yaşlı qadın saxlanıldı - YENİLƏNİB
10:16

Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən meqale.com-a bildirilib ki, dekabrın 15-də saat 16 radələrində Sumqayıt şəhəri 11-ci mikrorayon ərazindəki evlərin birində 1988-ci il təvəllüdlü E.Quliyevə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Əməli törətməkdə şübhəli bilinən onun arvadı 2000-ci il təvəllüdlü N.Quliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.

09:23

Sumqayıtda 24 yaşlı qadın həyat yoldaşını bıçaqlayıb.

meqale.com xəbər verir ki, hadisə şəhərin 11-ci mikrorayon ərazisində qeydə alınıb.

2000-ci il təvəllüdlü Nərmin Quliyeva ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Elvin Quliyevə bıçaqla xəsarət yetirib.