Sumqayıtda evdə yanğın söndürülüb - YENİLƏNİB

16:47

Sumqayıtda evdə yanğın söndürülüb - YENİLƏNİB
16:47

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sülh küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.

FHN-dən meqale.com-a verilən xəbərə görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın daha da genişlənməsinə, o cümlədən qonşu evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

15:09

Sumqayıtda yaşayış evi yanır, xəsarət alan var.

meqale.com xəbər verir ki, hadisə Sülh prospekti, "Əşya bazarı" adlanan yerdə qeydə alınıb.

Yanğının söndürülməsinə yanğından mühafizə bölmələri cəlb edilib.