Sumqayıtda köhnə zavodda YANĞIN - Bir nəfər... - YENİLƏNİB - FOTO

Sumqayıtda köhnə düymə zavodunda baş verən yanğın söndürülüb.

Sumqayıtda köhnə zavodda YANĞIN - Bir nəfər... - YENİLƏNİB - FOTO
Sumqayıtda köhnə düymə zavodunda baş verən yanğın söndürülüb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, yanğın zavodun ümumi sahəsi 30 kvadratmetr olan geyim otağında baş verib. Çağırışa cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri artıq yanğını söndürüblər.

Yanğın zamanı bir əməkdaş yüngül zəhərlənib, ona lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

--------

20:45

Sumqayıtda köhnə düymə zavodunda yanğın başlayıb.

meqale.com APA-ya istinadən bildirir ki, yanğın zamanı mühafizəçi xəqani Məmmədov tüstüdən zəhərlənib. Ona yerində ilkin tibbi yardım edildikdən sonra xəstəxanaya çatdırılıb.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.