Sumqayıtda yanğın - sakinlər təxliyə edildi
Sumqayıtda yaşayış binasında yanğın oldu, sakinlər təxliyə edildi.
meqale.com modern.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 30-cu məhəlləsində yerləşən çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində baş verib.
Əraziyə dərhal Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın zamanı binadakı mənzillərdən bir nəfər xilas edilib, ümumilikdə isə iki sakin təhlükəsiz əraziyə təxliyə edilib.