Sumqayıtda yataqxanadakı partlayışla bağlı şəhər prokurorluğunda araşdırma aparılır

Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında baş vermiş partlayışla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə meqale.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Hadisə nəticəsində 2-si azyaşlı olmaqla 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxşdir.

İlkin ehtimala əsasən hadisə qazsızma nəticəsində baş verib.