Sumqayıtda zirzəmidə çürümüş meyit tapıldı
Sumqayıtda binanın zirzəmisində çürümüş kişi meyiti tapılıb.
meqale.com APA-ya istinadən xəbər verir ki, hadisə 11-ci mikrorayon ərazisində qeydə alınıb. Ərazidə yerləşən binalardan birinin zirzəmisində 45-50 yaşlarında olan kişinin meyiti aşkarlanıb.
Meyitdə çürümə prosesinin başladığı müəyyən olunub.
Meyit aidiyyatı üzrə təhvil verilib, fakt araşdırılır.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun