Süni intellektlə şəkil yaratdım, yayıldı - Nə etməliyəm?
Rusiyalı hüquqşünas Valeriya Minakovanın sözlərinə görə süni intellekt vasitəsilə yaradılan kontentin müəlliflik hüquqları o şəxsə məxsusdur ki, ideya ona aiddir, promptu o hazırlayıb, nəticəni redaktə və təkmilləşdirib.
meqale.com xəbər verir ki, O bunu "Gazeta.ru"ya açıqlamasında deyib.
Minakova qeyd edib ki, Rusiya Mülki Məcəlləsinə əsasən, müəllif yalnız yaradıcılıq fəaliyyəti nəticəsində əsər yaradan şəxs sayılır. Bu isə o deməkdir ki, süni intellektin alqoritmləri müəllif kimi tanınmır, insan isə yaradıcılıq prosesində aktiv iştirak etdikdə və öz payını sübut etdikdə müəllif sayılır.
Hüquqşünas məsləhət görür ki, yaradıcılar öz əməyini qorumaq üçün promptları, qaralama və redaktə mərhələlərini sənədləşdirsin, müqavilələrdə insanın verdiyi qərarları dəqiqləşdirsin. Çünki bir çox onlayn platformalarda yaradılan materiallara bütün hüquqlar şirkətə keçə bilər.
Minakova xatırladıb ki, 2024-cü ilin sonunda Rusiyada Deepfake texnologiyası ilə hazırlanmış videoların da müəllif hüquqları ilə qorunduğu qərara alınıb.
Qanunvericilər hazırda süni intellektlə yaradılan əsərlərin hüquqi statusunu müəyyənləşdirmək üzərində işləyirlər. 2025-ci ildə Dövlət Dumasında Mülki Məcəlləyə əlavə olunacaq düzəlişlər müzakirəyə çıxarılacaq. Bu dəyişikliklər insanın neyroşəbəkələrin iştirakı ilə yaratdığı işlər üzərində rəsmi mülkiyyət hüququnu tanımağı nəzərdə tutur.