Süpürgəçidən modelliyə - FOTO
Tailandın paytaxtı Banqkokda süpürgəçi işləyən xanım bir anda məşhurluq qazanıb.
meqale.com xəbər verir ki, rusiyalı fotoqraf Seymen Rejçikov Noppadjit adlı gənc qızın yanından keçərkən onun təsadüfi şəkillərini çəkərək sosial şəbəkələrdə paylaşıb. Fotolar tez bir zamanda viral olub, həm də model agentliklərinin diqqətini çəkib.
Bundan sonra bir çox məşhur markalar və model agentlikləri ona iş təklifləri və müqavilələr təqdim ediblər.