Suraxanıda gənc qızı avtomobil vurdu

Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Suraxanıda gənc qızı avtomobil vurdu
Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com report.az-a istinadən xəbər verir ki, hadisə Günəşli qəsəbəsində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Süleymanova Fatimə Zamiq qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.