Sürət qatarında qorxulu anlar - Sərnişinlərin halı pisləşdi
Biləcəri stansiyasından çıxmalı olan Sumqayıt-Xırdalan-Bakı qatarı gecikib, bəzi sərnişlərin səhhətində problem yaranıb.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə görüntülər sosial mediada yayılıb.
Qatarlarda havalandırma sisteminin işlək olmaması səbəbindən bəzi sərnişinlərin halı pisləşib.
Məsələ ilə bağlı "Azərbaycan Dəmiryolları"-dan Trend-ə bildirilib ki, bu gün Sumqayıtdan saat 08:10-da çıxan 6010 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarının havalandırma sistemində texniki problem yaranıb. Bu səbəbdən qatarda kondisioner işləməyib.
"Hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər görülür. Qeyd edək ki, sərnişin sıxlığı səbəbindən stansiyalarda minib-düşmə zamanı yubanmalar olduğundan qatar Bakı Dəmiryol Vağzalına 5 dəq gecikmə ilə çatıb", - deyə əlavə edilib.