"Suriya ikinci Əfqanıstan olmayacaq"
Suriya Əfqanıstana bənzəməyəcək.
meqale.com bildirir ki, bunu Dəməşqdə hakimiyyətə gələn silahlı qruplaşmaların lideri, Əbu Məhəmməd əl-Colani ləqəbi ilə tanınan Əhməd əş-Şəraa bildirib.
"Suriya Əfqanıstan deyil və olmayacaq", - Al Arabiya telekanalı onun sözlərindən sitat gətirib.
Əş-Şəraa hesab edir ki, bu iki ölkə "çox fərqlidir və fərqli ənənələrə malikdir". O qeyd edib ki, "Suriya sakinləri fərqli mentalitetə malikdirlər". Əş-Şəraa həmçinin qadınların təhsil almasına inandığını deyib.