Sürücülərin nəzərinə - Bu yolda qaydalar dəyişdi: Cərimələnə bilərsiniz - FOTO

Bakıda Binəqədi şosesində sıxlığın aradan qaldırılması üçün tədbirlər davam etdirilir.

Sürücülərin nəzərinə - Bu yolda qaydalar dəyişdi: Cərimələnə bilərsiniz - FOTO
Bakıda Binəqədi şosesində sıxlığın aradan qaldırılması üçün tədbirlər davam etdirilir.

meqale.com bildirir ki, sutkanın 7-8 saatının sıxlıq müşahidə olunduğu Azadlıq prospektinin Binəqədi şosesinə birləşən hissəsində yol hərəkətinin təşkilində dəyişiklik edilib.

Belə ki, artıq Rəsulzadə qəsəbəsində "Royal palace" ( Köhnə adı ilə "Əfsanə" ) şadlıq sarayının qarşısından geriyə dönmək qadağan edilib.

Rəsulzadə qəsəbəsi dayanacağından əvvəl quraşdırılan nişan Binəqədi və Biləcəridən gələnlərə geriyə qayıtmağı qadağan edir.

Qeyd edək ki, sözügedən ərazidə geriyədönənlər yolda tıxaca səbəb olurdu.

Xatırladaq ki, bir müddət əvvəl Zahid Qəmbərov küçəsinin Binəqədi şosesi ilə kəsişməsində də hərəkətin təşkilində dəyişiklik edilib.