Szinpin mənə söz verib: bunu etməyəcək - Zelenski
Çin sədri Si Szinpin mənə Rusiyaya silah satmayacağına dair söz verib.
meqale.com axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Zelenski Çin lideri Si Szinpinlə 2023-cü ilin aprelində baş tutan telefon danışığını xatırladıb:
"O, Rusiyaya heç bir silah satmayacağını bildirdi. Bu birincisi. Baxarıq. Möhtərəm adamdırsa, bunu etməz, çünki mənə söz verib. İkincisi, siz bizim Dünya Sülh Formulumuzun nə olduğunu çox yaxşı bilirsiniz. O, BMT Nizamnaməsinə əsasən hər kəs üçün açıqdır.