Taekvondoçularımız 5 medalla vətənə qayıtdı

Estoniyanın paytaxtı Tallində keçirilən taekvondo üzrə Avropa çempionatında iştirak edən idmançılarımız vətənə qayıdıblar.

Taekvondoçularımız 5 medalla vətənə qayıtdı
Estoniyanın paytaxtı Tallində keçirilən taekvondo üzrə Avropa çempionatında iştirak edən idmançılarımız vətənə qayıdıblar.

meqale.com Trend-ə istinadən bildirir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıları federasiya rəsmiləri, məşqçilər və ictimaiyyət nümayəndələri qarşılayıblar.

3 gün davam edən Avropa çempionatını Azərbaycan taekvondoçuları 1 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurublar.