Taksi sürücüsündən QEYRİ-ETİK HƏRƏKƏT - 25 yaşlı xanım sərnişini...

Bakı şəhərində taksi sürücülərinin qeyri-etik hərəkətləri və qanunsuz fəaliyyətləri ilə bağlı polis əməkdaşları tədbirləri davam etdirirlər.

meqale.com bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, daha bir mənfi halla bağlı daxil olan müraciət üzrə "Hunday-Accent" markalı 77-CS-641 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü müəyyən edilərək saxlanılıb.

Araşdırmalardan məlum olub ki, taksi sürücüsü 1994-cü il təvəllüdlü Məhəmməd Bəxtiyar oğlu Rzayev iyunun 11-də saat 03 radələrində 25 yaşlı xanımın hava limanı istiqamətinə sifariş qəbul etməklə digər ünvana hərəkəti dəyişdirməklə yolda ona qarşı qeyri-etik hərəkətlər edib.

Onun barəsində Bakı Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsində Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanılmaqla həbs olunub.

İstintaq hərəkətləri davam etdirilir.