Taksi xidmətindən kənarlaşdırılan sürücülərə təklif

Rəqəmsal inkişaf və nəqliyyat nazirliyi taksi xidmətindən kənarlaşan sürücülərə təklif ilə müraciət edib.

Taksi xidmətindən kənarlaşdırılan sürücülərə təklif
Rəqəmsal inkişaf və nəqliyyat nazirliyi taksi xidmətindən kənarlaşan sürücülərə təklif ilə müraciət edib.

meqale.com APA-ya istinadən bildirir ki, bu müraciət Mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinq zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov tərəfindən səsləndirilib.

Onun sözlərinə görə, son zamanlar bir çox sürücü taksi fəaliyyətindən uzaqlaşdırılıb və onların məşğulluğu ilə bağlı suallar yaranır.

Nazir müavini qeyd etdi ki, məşğul olmayan sürücülər avtobusla sərnişin daşımalarına cəlb olunması üçün hazırda geniş imkanlar var.